Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 21:16
"Rusiya hərbçiləri Ukraynanın 14 şəhərinin merini əsir götürüb".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi əsirlərin yalnız paritet şərtlər əsasında mübadilə edilməsini istəyir:
"Rusiya sərhədçilərin sərhədçilər, dənizçilərin dənizçilər ilə mübadilə edilməsini istəyir və mən burada belə bir sual vermək istəyirəm: artıq Rusiya tərəfində əsirlikdə olan 14 şəhər merini kim ilə dəyişdirəcəyik? Hələ ki, bu məsələni beynəlxalq səviyyədə həll edirik".