Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 21:24
Hepatit B və C qaraciyərdə fəsadlara və ağırlaşmalara səbəb olan viruslardır. Böyrək nəqli sonrası immun sistemini basqılayan dərmanlar orqanizmin hepatit virusuna qarşı apardığı müqavimətə mənfi təsir edə bilər.
Sonxeber.net xəbər verir ki, nefroloq Barat Yusubov bu barədə məlumat verib.
"Buna görə də çox hallarda qanında həddindən artıq virus olan və qaraciyərində ciddi ağırlaşmaları olan pasientlərə, böyrək nəqli tətbiq edilmir, sadəcə dializ ilə həyatlarına davam edirlər", - deyə həkim bildirib.
B.Yusubovun sözlərinə görə, xəstədə Hepatit B vəya C varsa, elcə də aparılan müayinələrin nəticələrinə görə qaraciyər heç bir xəsarət almayıbsa, o zaman bu xəstəyə böyrək nəqli tətbiq oluna bilər. Böyrək nəqli bu xəstələrdə, dializ müalicəsi ilə müqayisədə, daha sağlam və uzunömürlü həyata səbəb ola bilər. /medicina.az