Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirildi

Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirildi

Tarix: 25 Mart 2022 23:22

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.

Hücum nəticəsində baş verən yanğın Ciddədə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.

Qeyd edək ki, Yəməndə hərbi əməliyyatlar həyata keçirən koalisiyaya rəhbərlik etdiyinə görə Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.


Etiketlər:  Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirildi


RƏYLƏR