Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 23:27
Təbii yaşlanma prosesi, həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq, televiziya, planşet, kompüter və telefon ekranına çox baxmaq göz altında qara dairələrin yaranmasına səbəb olur. Kifayət qədər su qəbul edilmədikdə gözaltı dəridə mat və batıq bir görünüş yaranır, çökmə isə göz ətrafındakı sümüyün dəriyə yaxın olmasından qaynaqlanır. Həddindən artıq Günəşə məruz qalma bədəndə dəriyə rəng verən piqmentin daha çox istehsalına səbəb olur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunun qarşısını almaq üçün evdə tətbiq olunan müxtəlif sadə üsullar var.
Soyuq islatma göz altındakı şişkinliyi azaltmağa və genişlənmiş qan damarlarını daraltmağa kömək edir. Bu məqsədlə bir neçə buz parçasını təmiz dəsmala büküb gözlərə çəkmək olar.
Soyuq çay paketlərini gözlərə sürtmək qaraltıların görünüşünü azalda bilər. Çayın tərkibindəki antioksidantlar və kofein sayəsində qan dövranı stimullaşır, qan damarları daralır və dəri altında mayenin tutulması azalır. Bu məqsədlə iki qara və ya yaşıl çay paketi beş dəqiqə qaynar suda isladılır, çay paketləri 15-20 dəqiqə soyuducuda saxlanılandan sonra 10-20 dəqiqə göz altına qoyulur. Prosedur bitəndən sonra gözlər soyuq su ilə yuyulmalıdır.
Hər gecə gözaltı nahiyəni kokos yağı ilə masaj etmək tünd dairələri azalda bilər. Kokos yağı zədələnmiş dəri hüceyrələrini bərpa edə bilən zəngin E vitamini mənbəyidir.
Pambıq yastığı qızılgül suyuna batırıb 15 dəqiqə göz qapaqlarına qoymaq lazımdır. Gözün altına soyuq süd də çəkmək olar.
İki dilim çiy kartof 15 dəqiqə göz qapaqları üzərinə qoyulması da çox yaxşı fayda verir.