Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 14:32
Almaniyanın "Tagesschau" xəbər agentliyinin saytında "Avropa ərzaq qıtlığından qorxur" başlıqlı məqalə dərc edilib.
Materialın müəllifi Holger Bekmann yazır ki, müharibə səbəbindən Avropa İttifaqı ölkələri Ukraynadan, xüsusilə buğda, günəbaxan yağı və soya ixracatında yaşana biləcək itkilərdən ehtiyat edirlər. Asılılığı azaltmaq üçün Aİ istehsalını artırmağı təklif edir. Məsələn, Avstriyanın Kənd Təsərrüfatı Naziri Elizabet Köstinqer bunun lehinə danışıb.
Bekman yazır ki, Ukraynadakı vəziyyətə görə "Yaşıl sövdələşmə" adlı layihə təhlükə altına düşüb. Bu layihə Avropanın 2050-ci ilə qədər iqlimə uyğun olmayan ilk qitəyə çevriləcəyini planlayırdı. İstehsalını artırmaq üçün Aİ Komissiyası üzvi əkinçilik üçün ayrılmış torpaq və ya sahələri yenidən aktivləşdirməyi təklif edir. Bundan əlavə, Avropada kolza və soya toxumlarının becərilməsinin artırılması üçün əlavə 1,5 milyard avroya ehtiyac var.
Anar Əli