Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 ölkənin Rusiyaya qarşı 10 maddəlik şok planı

3 ölkənin Rusiyaya qarşı 10 maddəlik şok planı

Tarix: 26 Mart 2022 18:08

Polşa Sloveniya və Çexiya ilə birlikdə Ukraynada müharibəni bitirmək üçün AB-nin yerinə yetirməli olduğu 10 maddədən ibarət plan hazırlayıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski "Politiko" nəşrində yayımlanan məqaləsində bildirib.

"Qərb Rusiyaya qarşı 4 sanksiya paketi tətbiq edib, amma müharibə davam edir. Tədbirlər yetərli deyil. Daha böyük və daha sürətli addımlar atmaq lazımdır.

Ona görə də 3 ölkə növbəti addımları təklif edir:

1. Rusiyanın bütün bankları SWİFT-dən çıxarılmalıdır, yoxsa rus iqtisadiyyatı bir neçə həftə ərzində yeni şərtlərə adaptasiya olunacaq;

2. Moskvanın cinayətkar rejimi üçün vuruşmaq istəməyən rus əsgərlərinin yerləşdirilməsi istiqamətində vahid siyasət yeridilməlidir;

3. Rusiyanın Avropadakı təbliğatı tamamilə dayandırılmalıdır;

4. Rus gəmiləri Avropanın bütün limanlarında bloklanmalıdır;

5. Belə bir blokadanı Rusiyadan gələn və Rusiyaya gedən avtomobillər üçün də etmək lazımdır;

6. Sanksiyalar təkcə oliqarxlara deyil, bütün biznes mühitinə tətbiq edilməlidir;

7. Rusiyanın Avropaya getmək istəyən bütün vətəndaşlarına vizanın verilməsi dayandırılmalıdır. Rusiya xalqı anlamalıdır ki, müharibəyə görə nələr alır;

8. Vahid Rusiya Partiyasının bütün üzvlərinə sanksiya tətbiq edilməlidir;

9. Hərbi məqsədlər üçün istifadə oluna biləcək texnologiyaların Rusiyaya ixracına tam qadağa qoyulmalıdır;

10. Rusiya bütün beynəlxalq təşkilatlardan çıxarılmalıdır. Cinayətkarlarla bir masada oturmaq olmaz", - baş nazir qeyd edib.


Etiketlər:  ölkənin Rusiyaya qarşı maddəlik şok planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ