Tarix: 10 Sentyabr 2019 20:20
Syerra Leone yığmasının kapitanı Umaru Banqura DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə oyunda penaltini qaçırdığı üçün xoşagəlməz halla üzləşib.
Qol.az xəbər verir ki, azarkeşlər komanda üçün vacib olan qol şansını qaçırdığ üçün 31 yaşlı müdafiəçinin evini daşa basıblar.
Səfərdə baş tutan ilk oyunda 1:3 hesabıyla uduzan Syerra Leone yığması, doğma meydandakı cavab görüşündə 1:0 öndə olarkən 90+5-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb. Amma topa yaxınlaşan Banquranın zərbəsi dəqiq olmayıb. Nəticədə, onun komandası mübarizəni dayandırıb.
Evi daş-qalaq olunan futbolçu BBC-yə açıqlamasında deyib: “Həyatımın ən pis günlərindən biri. Mən kapitan olaraq işimi gördüm. Bu qədərini gözləmirdim. Evdən bayıra çıxa bilmirəm. Baş verənlərə görə çox üzgünəm. Eyni zamanda hər kəsdən üzr istəyirəm”