Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlin ən pis filmi''seçildi

''İlin ən pis filmi''seçildi

Tarix: 27 Mart 2022 12:25

İlin ən pis filmi, rejisoru və aktyorlarının seçildiyi "Qızıl Moruq" mükafatının bu ilki sahibləri bəlli olub.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 10 nominasiya üzrə namizəd olan "Diana: The Musical" filmi beş kateqoriyada, o cümlədən əsas - "İlin ən pis filmi" mükafatına layiq görülüb. Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan "Cats" adlı ekran işindən belə dəhşətli olduğu deyilib.

"Netflix" tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə "Ən pis rejissor" (Kristofer Eşli), "Ən pis ssenari" (David Bryan və Joe DiPietro), "Ən pis aktrisa " (Janna de Vaal) və "Ən pis ikinci plan aktrisası"(Cudi Key) olub.

Bundan başqa "Space Jam: The New Generation" filmini də "Ən pis remeyk", "Ən pis ardıcıllıq" nominasiyalarının qazananı olub. "Warner Bros" tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.

Aktyor Cared Leto "The House of Gucci" filmindəki roluna görə "İkinci planda ən pis aktyor" seçilib.


Etiketlər:  İlin filmiseçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ