Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 23:24
Bakı. Trend:
Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ardıcıl iki zəlzələ baş verib.
Trend-in Gürcüstanın Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, birinci zəlzələnin maqnitudası 5,2 bal olub. Yeraltı təkanın episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 8 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələnin episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 5 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin