Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 21:42
Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq.
Gundem.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, "SN" fraksiyasının sədri David Araxamiya feysbuk hesabında bildirib.
O, qeyd edib ki, Ukrayna və Rusiya danışıqlar raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək.
"Video danışıqların növbəti raundunda iki nümayəndə heyəti ilə növbəti raundun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsinə qərar verdik", - Araxamiya sosial şəbəkə hesabında yazıb.