Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 04:36
ABŞ-ın Rusiyada hakimiyyəti dəyişməyə yönəlmiş heç bir strategiyası yoxdur.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapidlə görüşü zamanı deyib.
"Bizim nə Rusiyada, nə də başqa yerdə rejim dəyişikliyi strategiyamız var", - Blinken bildirib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden Varşavada Vladimir Putinlə bağlı çıxışında "Bu adam hakimiyyətdə qala bilməz" demişdi.