Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Ombudsmanı: Rusiya 440 minə yaxın sakini kütləvi deportasiya edib

Ukrayna Ombudsmanı: Rusiya 440 minə yaxın sakini kütləvi deportasiya edib

Tarix: 28 Mart 2022 10:38

"Rusiya qoşunları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin əhalisini kütləvi surətdə deportasiya edir. Düşmən 440 minə yaxın dinc sakini çıxardığını bildirir".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ombudsman Lyudmila Denisova deyib.

"İşğalçının Müdafiə Nazirliyi bildirir ki, Ukrayna, Moldova və Rusiya Federasiyasının 90 min vətəndaşı artıq Xerson vilayətindən çıxarılıb", - o qeyd edib.

Ombudsman Rusiya rəsmisinə istinadən əlavə edib ki, təkcə son 24 saat ərzində Ukraynanın müvəqqəti nəzarət olunmayan ərazilərindən 19,6 mindən çox mülki şəxs, o cümlədən Donetsk və Luqansk vilayətlərindən 3 300 uşaq təxliyə edilib.

"Ümumilikdə, Rusiya hərbçiləri "Ukraynanın təhlükəli bölgələrindən" 439 420 mülki şəxsin çıxarılmasını qeyd edir ki, onlardan 91 673-ü uşaqdır", - Denisova qeyd edib.

Onun sözlərinə görə, qaçqınların miqyası yalnız Hitlerin İkinci Dünya Müharibəsi zamanı həyata keçirdiyi deportasiya ilə müqayisə edilə bilər.

"İşğalçı ölkə müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 49-cu maddəsini kobud şəkildə pozur. Bu, insanların işğal edilmiş ərazidən məcburi köçürülməsini və ya deportasiyasını qadağan edir", - Ombudsman vurğulayıb.

Milli.Az


Etiketlər:  Ukrayna Ombudsmanı Rusiya 440 minə yaxın sakini kütləvi deportasiya edib


RƏYLƏR