Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 15:54
Oğuz rayonunun Baş Daşağıl kəndində mavi yanacaq yoxdur.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, 330 dan çox ailənin yaşadığı kənddə təbii qaz olmadığı üçün insanlar evlərinin qızdırılmasında odundan, yemək bişirmək üçün isə qaz balonlarından istifadə edirlər.
Ərazi ucqar olduğundan insanlar odunu uzaq kəndlərdən 600-800 manata ala bilmir, bu səbəbdən bağlarında olan meyvə ağaclarını kəsib yandırırlar.
Dağlıq ərazidə yerləşən kənddə qış daha sərt keçdiyindən insanlar buraya təbii qazın çəkilməsini istəyirlər.
"Azəriqaz" İB -dən "Xəzər Xəbər"ə bildirilib ki, kəndlər mərhələli şəkildə qazlaşır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: