Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

II Yelizaveta qolf arabası aldı

II Yelizaveta qolf arabası aldı

Tarix: 28 Mart 2022 16:00

Britaniya kraliçası II Yelizaveta koronavirus infeksiyasına yoluxduqdan sonra Vindsor qəsrini gəzməyi asanlaşdırmaq üçün 62 min funt-sterlinqə qolf arabası alıb.

Satınalma, güman ki, martın ortalarında - monarxın yoluxucu xəstəlikdən əziyyət çəkməsindən bir neçə həftə sonra həyata keçirilib.

Bəzi mənbələrə görə, kraliça əlil arabasında çox vaxt keçirməyə məcbur olur. O, xalq qarşısına çəliklə çıxır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alınan avtomobilə gəlincə o, dörd nəfər üçün nəzərdə tutulub və maksimum 70 km/saat sürət yığa bilir.

Mətbuatın "Kraliçamobil" adlandırdığı avto "Bluetooth" dinamikləri, qızdırılan ön şüşə, 14 düymlük yüngül lehimli disklər, soyuducu və əyləncə ekranı ilə təchiz edilib.

Qeyd edək ki, koronavirusun fəsadlarına və sağlamlığının pisləşməsinə baxmayaraq, II Yelizaveta taxtdan imtina etmək niyyətində deyil.

Milli.Az


Etiketlər:  II Yelizaveta qolf arabası aldı


RƏYLƏR