Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 18:54
Türkiyə böyük dövlətdir. Qonşusu ilə problem olanda ona sığınanlara kömək etməlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə deyib.
"Amma Türkiyə Cümhuriyyəti xeyriyyə təşkilatı deyil. Prezident olsam, Əsədlə masa arxasında oturacağam. Qaçqınları göndərmək üçün Dəməşqə (Suriya paytaxtı - red.) səfir təyin edəcəm. Mən də kömək edəcəm, amma suriyalıları geri göndərəcəm", - İncə bildirib.