Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN qanunsuz tikintinin qarşısını alıb - VİDEO - FOTO

FHN qanunsuz tikintinin qarşısını alıb - VİDEO - FOTO

Tarix: 28 Mart 2022 19:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaş Məmmədova Rübabə Məlik qızı tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Milli.Az


Etiketlər:  FHN qanunsuz tikintinin qarşısını alıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ