Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 19:44
Martın 23-nə Rusiya Federasiyasında şəkərin istehsalçı qiymətləri həftə ərzində 13,2% artaraq 1 kq üçün 60,33 rubl (0,67 ABŞ dolları) təşkil edib.
Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin ərzaq təhlükəsizliyinin monitorinqi sisteminin məlumatında deyilir.
Qeyd olunur ki, fevralın 14-nə 37,5 mln. ton şəkər çuğunduru emal edilib, 5,4 mln. ton şəkər istehsal edilib, bu da ötən illə müqayisədə 8,1% çoxdur.
Federal Gömrük Xidmətinin məlumatına görə, yanvarda Rusiya Federasiyasına 4,6 min ton ağ şəkər idxal edilib.
Xatırladaq ki, son vaxtlar Rusiya bazarında şəkər ən sürətlə bahalaşan məhsullardan birinə çevrilib. Belə ki, martın 12-dən 18-dək şəkərin pərakəndə satış qiymətləri 13,8% artıb. Bir həftə əvvəl artım 12,8% idi. İlin əvvəlindən şəkər 37,1% bahalaşıb.