Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 08:50
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşacaq. Görüş "Bakcell Arena"da baş tutacaq.
AVRO-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini dörd gün öncə Estoniya üzərində qazanan yığmamız daha güclü rəqiblə matçda da yaxşı nəticəyə ümid edir. Kipr üzərində üç gün əvvəl qazandığı qələbə ilə final mərhələsinə az da olsa nəzəri şanslarını qoruyan qonaqlar da uduzmamağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə şansını itirib.
U-21-lər arasında yoldaşlıq oyunu
29 mart
19:00. Azərbaycan - Belarus
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. "Bakcell Arena"