Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 20:30
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Qeyd edək ki, artıq Xocalı rayonu ərazisindəki Fərrux dağı ordumuzun nəzarətindədir. Təbii ki, bu cür böyük strateji əhəmiyyətə malik dağın və zirvənin qan tökülmədən nəzarətə götürülməsi növbəti zəfərdir.
Bu dağın nə dərəcədə əhəmiyyət kəsb etdiyini isə hərbi ekspert Şair Ramaldanov "Xəbər Ertəsi"nə açıqlayıb.