Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 23:27
Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sonxeber.net Reuters-ə istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Ukraynanın mühasirədə olan Mariupol şəhərindəki ağır humanitar vəziyyətin həlli üçün oradakı ukraynalı hərbçilər silahı yerə qoymalıdır.
"Rusiya Prezidenti Ukraynala təxirəsalınmaz humanitar yardımların göstərilməsi və mülki vətəndaşların təhlükəsiz təxliyəsinin - o cümlədən Mariupoldan - təminatıilə bağlı rusiyalı hərbçilərin atdıqları addımlar barədə təfərrüatlı məlumat verib. Qeyd olunub ki, Mariupol şəhərindəki ağır humanitar situasiyanın çözülməsi yüçün ukraynalı hərbçilər müqavimət göstərməyi dayandırmalı, silahı yerə qoymalıdırlar", - məlumatda vurğulanır.
Bu günə olan informasiyalara görə, Mariupolda 5 min nəfər həlak olub ki, onların 210 nəfəri uşaqlardır. Mariupol meri Vadim Boyçenko belə deyib.