Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 08:03
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya qarşı müharibəsini Vətən Müahribəsi adlandırıb.
Sonxeber.net bildirir ki, bu barədə ukraynalı lider videomüraciətində bildirib.
"Mən hər şeyi etmişəm, edirəm və edəcəyəm ki, xalqımız ədalət bərpa olunana qədər həm Qara dənizdə həm də quruda öz torpağını müdafiə edə bilsin. Bu, bizim əsas marağımız və yaşamağımız üçünüdür",- deyə Zelenski bildirib.
"Döyüş meydanında gerçək situasiya var və indi əsas məsələ budur. Heç nədən vaz keçməyəcəyik. Torpağımızın hər bir metri üçün, xalqımızın hər bir mənsubu üçün mübarizə aparacağıq", - o qeyd edib.
Prezident vurğulayıb ki, davam edən bir müzakirə prosesi var:
"Amma bunlar sadəcə sözdür. Hələlik heç bir dəqiq razılaşma yoxdur. Rus qoşunlarının Kiyev və Çerniqovdan çəkildiyi iddia edilir. Əslində, bunun geri çəkilmə deyil, işğalçıların ordumuz tərəfindən geri oturdulmasının nəticəsi olduğunu bilirik".
Dövlət başçısı əlavə edib ki, Rusiya Donbasda yeni hücumlar üçün birliklər toplayır:
"Ancaq biz buna hazırlaşırdıq. Heç kimə inanmırıq, yeni döyüşlərə hazırlaşırıq. Torpaqlarımızdan vaz keçməyəcəyik".
Zelenski bildirib ki, mübarizə davam edir. O, bildirib ki, Rusiyaya qarşı bu müharibə heç bir mübaliğsiz Vətən Müharibəsi adlandırılsın.