Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Canni İnfantino: “Rusiyanın FIFA-dan çıxarılması variant deyil”

Canni İnfantino: “Rusiyanın FIFA-dan çıxarılması variant deyil”

Tarix: 31 Mart 2022 19:30

FIFA prezidenti Canni İnfantino Rusiya Futbol İttifaqının (RFİ) qurumun üzvlüyündən çıxarılmamasına aydınlıq gətirib.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, isveçrəli funksioner qurumun 72-ci Konqresində bu variantı nəzərdən keçirmədiklərini söyləyib.

O, hər kəsi birliyə dəvət edib: "Rusiya Futbol İttifaqının FIFA-dan çıxarılması variant deyil. Ümid edirəm ki, münaqişə tezliklə bitəcək. Konqreslərimiz zamanı insanları bir araya gətirə bilməsək, yaxşı olar ki, fəaliyyətimizi dayandırıb, evimizə qayıdaq".

Qeyd edək ki, Konqresdə Rusiya ilə bağlı məsələ müzakirə olunmasa da, 3 ölkə - Pakistan, Zimbabve və Keniyanın FIFA üzvlüyü dayandırılıb.


Etiketlər:  Canni İnfantino Rusiyanın FIFA çıxarılması variant deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ