Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Az qala donmuşdum”

“Az qala donmuşdum”

Tarix: 31 Mart 2022 19:55

Azərbaycanın Avroviziya-2022 təmsilçisi Nadir Rüstəmli musiqi eksperti Emele Yücelenə müsahibəsində mahnısı, klipi və rəqibləri haqda danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ifasının ilk dəqiqələrindən "Fade to black" mahnısını bəyənib və onun bəyəniləcəyini xəyal edib.

"Bu mahnı mənim üslubuma daha yaxındır. Bizə göndərilən bütün bəstələrdən altısını ifa etdim, dördü seçildi. "Fade to black" mahnısına ilk ifadan aşiq oldum. Onunla Avroviziyada çıxış edəcəyimi eşidəndə sevindim", - Rüstəmli bildirib.

Klip Azərbaycanda çəkilib - klipin ssenari müəllifi və rejissoru musiqi prodüseri, Azərbaycanın Eurovision-dakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov olub.

Nadir üçün ən çətini soyuq su hovuzuna tullanmaq, sonra yaş paltarda çəkilişlərə davam etmək olub: "Çox üşümüşdüm. Az qala donmuşdum. Pencəyi qurutmağa vaxtımız yox idi. Öz-özümə "Nadir, dayan"deyirdim. Ən əsası nəticə yaxşı oldu".

Milli.Az


Etiketlər:  qala donmuşdum


RƏYLƏR