Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 08:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol"u təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə müvafiq qərar "Resmi Gazete"də dərc olunub.
Qərar imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, sözügedən Protokol 2021-ci il fevralın 19-da Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində imzalanıb.
Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.