Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 15:32
Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin mənzili qarət olunub.
Futbolçunun Sulutəpədə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumiilikdə 60 min manatlıq) oğurlanıb.
Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb (Report).