Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan hakimiyyəti sülh danışıqlarında ikiüzlü siyasət aparır - VİDEO

Ermənistan hakimiyyəti sülh danışıqlarında ikiüzlü siyasət aparır - VİDEO

Tarix: 3 Aprel 2022 15:24

Ermənistan yenə də ATƏT-in Minsk qrupunun sülh prosesinə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həllinin üzərində dayanmağa çalışır. Halbuki bu məsələdə Azərbaycanın mövqeyi müharibənin bitdiyi ilk gündən bəllidir.

Xezerxeber.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupu faktiki fəaliyyətsiz bir quruma çevrilib. Onun həll etməli olduğu məsələni Azərbaycan öz gücü ilə həll edib.

Qurumun 30 illik fəaliyyəti təsdiq edir ki, ATƏT-in Minsk qrupu prosesi yalnız ləngidir və əlavə problemlər yaradır, obyektiv mövqe tuta bilmir, prosesin beynəlxalq hüquqa uyğun  tənzimlənməsi ilə bağlı hər hansı təsir mexanizmi tətbiq etmir.

Politoloq Zaur Məmmədov deyir ki, Ermənistan hakimiyyəti ümumiyyətlə sülh danışıqlarında ikiüzlü siyasət aparır və onların mövqeyi görüş yerinin təşkil olunduğu məkanın ab-havasına uyğunlaşır.

Beynəlxalq təcrübədə də münaqişə tərəflərinin adətən özləri masa arxasında məsələləri müzakirə edib ortaq məxrəcə nail olmaq təcrübəsindən geniş istifadə olunur. Azərbaycan və Ermənistan bu yolla davamlı sülhə nail olmaq potensialına malikdirlər.

Z.Məmmədov hesab edir ki, kölə psixologiyasına malik olan Ermənistan hakimiyyəti artıq açıq şəkildə öz mövqeyini ortaya qoymalıdır.

Onun sözlərinə görə, Ermənistan bilməlidir ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək fikrində deyil. Bu, Ermənistanın özü üçün ağır fəsadlar yaradır və eyni mövqe davam etdikcə vəziyyət daha da ağırlaşacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Ermənistan hakimiyyəti sülh danışıqlarında ikiüzlü siyasət aparır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ