Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı

Saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı

Tarix: 4 Aprel 2022 11:38

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, eləcə də 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100 manatlıq əskinaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Saxlanılan şəxsdən narkotik saxta pullar aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ