Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 19:08
İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə Formula 1 Azərbaycan Qran Prisindən bəhs edilib.
İtaliyalı nazir ölkəmizdə ilk dəfə səfərdə olduğunu və paytaxt Bakını birinci dəfə Formula 1 Qran Prisi sayəsində gördüyünü qeyd edib:
"Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər çox gözəldir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə, hazırkı vaxtda regionunuzda lidersiniz və bu münasibətlə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik".
Qeyd edək ki, Azərbaycan artıq 6-cı ildir nüfuzlu beynəlxalq idman yarışında, dünyanın qabaqcıl ölkələri ilə bir arada təmsil olunur. Növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində baş tutacaq.