Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə ölüm statistikası 1919-cu ildən bəri ən yüksək həddə çatıb

Bu ölkədə ölüm statistikası 1919-cu ildən bəri ən yüksək həddə çatıb

Tarix: 4 Aprel 2022 21:26

Keçən il Slovakiyada 73 mindən çox insan dünyasını dəyişib və bu, 1919-cu ildən bəri ən yüksək statistik göstəricidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Slovakiya Statistika İdarəsi bu barədə illik hesabat yayıb yayıb. Hesabatda qeyd edilib ki, 2021-ci ildə ölüm hallarının orta statistik göstəricisi pandemiyadan əvvəlki beş ilin orta göstəricisindən 37 faiz yüksək olub. Aylar üzrə ən yüksək ölüm halları isə 2021-ci ilin yanvarında qeydə alınıb.

Avstriya Statistika İdarəsinin Əhalinin statistikası şöbəsinin rəhbəri Zuzana Podmaniçka bildirib ki, koronavirus pandemiyası Slovakiyada ölüm hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ölənlərin sayı 2020-ci ildə hər 100 min nəfərə min nəfəri ötüb və hətta 2021-ci ildə 1 350-yə yüksəlib. Bu, bir əsrlik dövr ərzində ən yüksək göstərici hesab olunur.

Hesabatda pandemiyadan əvvəlki beş ilə nisbətdə Koşitse bölgəsində 43 faizlə ən yüksək ölüm göstəricisi qeydə alındığı, ondan sonrakı yerdə Presov bölgəsinin (42 faiz) dayandığı əksini tapıb. Əhalinin ən sıx yaşadığı paytaxt Bratislavada isə ölüm hallarının artımı ən aşağı həddə olub (32 faiz), ondan sonrakı yerdə isə Zilina regionu (34 faiz) dayanıb.


Etiketlər:  ölkədə ölüm statistikası 1919 ildən bəri yüksək həddə çatıb


RƏYLƏR