Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 21:42
Çinin əhali sayına görə ən böyük şəhəri olan Şanxayda COVID-19 virusuna yoluxmaların çoxalması səbəbindən martın 28-dən etibarən iki mərhələdə tam qapanma tətbiq olunur.
Təxminən 26 milyon sakini olan Şanxay dünyanın ən sıx məskunlaşmış şəhəri hesab olunur. Planetin və Çinin ən iri şirkətlərinin baş və yerli ofislərinin yerləşdiyi Şanxay dünyanın əsas maliyyə, biznes, istehsal, mədəniyyət, incəsənət, təhsil, turizm, moda, elmi araşdırma mərkəzlərindən biridir. Dünyanın ən iri yük limanına, sərnişin dövriyyəsinə görə ilk 10-luqda yer alan Pudon Beynəlxalq Hava Limanına, bir neçə dəmir yolu vağzalına, dünyada ən uzun metro şəbəkəsinə malik, göydələnlərin sayına görə planetin 5-ci iri şəhəri olan Şanxayda bu günlərdə sanki həyat durub. Fotoqraf Alberto Xose Qarsia "ShanghaiSmart" saytı üçün şəhərin ən izdihamlı küçələrinin qapanma dövründəki vəziyyətinə dair fotosessiya edib.
Sonxeber.net AZƏRTAC-a istinadən həmin fotosessiyanı təqdim edir.