Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 08:38
ABŞ BMT Baş Assambleyasında Rusiyanın qurumun İnsan Hüquqları Şurasından çıxarılmasını təklif edəcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
"Rusiyanın İnsan Hüquqları Şurasında iştirakı yanlışdır və buna görə də hesab edirik ki, BMT Baş Assambleyasının Rusiyanın xaric edilməsi ilə bağlı səsvermənin vaxtı çatıb", - agentlik Linda Tomas-Qrinfilddən sitat gətirib.
Daimi nümayəndə, həmçinin bildirib ki, Buçadan görüntülər və Ukraynanın hər yerində olan dağıntılar bunun bariz nümunəsidir.