Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)

DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)

Tarix: 11 Sentyabr 2019 20:12

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

DGK-dən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin müvafiq strukturlarının rəhbərləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və “Huawei” şirkətinin təmsilçiləri iştirak ediblər.

Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Azərbaycan və Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinə söykənən əməkdaşlıqdan danışan Komitə sədrinin birinci müavini Çin ilə Azərbaycan arasında uğurlu iqtisadi əlaqələrin bariz nümunəsi olaraq ticarət dövriyyəsinin ildən-ilə artdığını qeyd edib. İsmayıl Hüseynov vurğulayıb ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac və tranzit potensialının artırılması istiqamətində mühüm islahatlar və layihələr həyata keçirilir.

Bu il Prezident İlham Əliyevin "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını xatırladan İsmayıl Hüseynov qeyd edib ki, Azərbaycanın məhz bu təşəbbüsə qoşulması və fəal iştirakı ölkələrimizin iqtisadi-ticari əlaqələrinin, xüsusən də "Bir kəmər, bir yol" strategiyası üzrə əməkdaşlığının böyük perspektivlərindən xəbər verir.

Komitə sədrinin birinci müavini vurğulayıb ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Məhz bu balansı tənzimləmək üçün həm vətəndaşın rahatlığının, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni innovasiya yönümlü layihələrə böyük üstünlüklər veririk-deyə sözünə davam edən İ. Hüseynov İT texnologiyaları vasitəsilə gömrük prosedurlarının həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən Komitə sədrinin birinci müavini bu əlaqələrin daha da genişləndirilməsində Dövlət Gömrük Komitəsinin maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahədə də hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir. İqbal Babayev qeyd edib ki, DGK müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları, biznes ictimaiyyəti, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Sədr müavini Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. "Huawei" şirkəti ilə imzalanan niyyət protokolunun gələcəkdə İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da qeyd edib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. Vurğulanıb ki, son illər Azərbaycan və Çin arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq günü-gündən dərinləşir. Diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda fəal investisiya mühitinin formalaşdığını, xarici investisiyaların cəlb edilməsi istiqamətində atılan mühüm addımları yüksək qiymətləndirib.

"Huawei" şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin rəhbəri Janq Jijian təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Yeni texnologiyaların tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən Janq Jijian Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin İT texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib.

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və “Huawei Tech. Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)


Etiketlər:  Huawei Tech Azerbaijan əməkdaşlığa dair niyyət protokolu imzalayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ