Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 16:00
Düz 1 əsrə yaxın yaşı olan piyada keçidi. İllərdir təmir olunmadığından qəzalı vəziyyətə düşüb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Ağstafanın Dəmiryolu stansiyasının üzərində yerləşir bu piyada keçidi. Baxımsız qalması buradan istifadə edənləri əsl təhlükə ilə üz-üzə qoyur. Belə ki, keçidin sütünları əsir, beton örtükləri dağılır.
Elə ki, stansiyada qatarlar bir qədər çox dayanır, piyadaların vəziyyəti daha da çətinləşir. Sakinlər ya gözləmək məcburiyyətində qalırlar, ya da özlərini təhlükəyə atmaq bahasına qarşı tərəfə keçməyə çalışırlar.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Xəbər Ertəsinə bildirildi ki, dəmir yollarının ayrı-ayrı hissələrində mərhələli təmir və yenidənqurma işləri aparılır. Sözügedən piyada keçidinə də baxış keçirilib və tikilinin gələcəkdə təmiri məsələsinə baxıla bilər.