Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 18:44
Yaşayış binalarının 1-ci mərtəbəsində və ya zirzəmisində yerləşən iaşə obyektlərində qaz cihazlarının quraşıdırlması qadağandır. Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, sözügedən qayda həmin obyektərdə təhlükəsizlik tədbirlərinin lazımı səviyyədə təşkil edilməməsi səbəbindən tətbiq olunub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ekspert bildirir ki, əgər təbii qazın verilməsinə icazə yoxdursa, bu, həmin iaşə obyektlərinə balon qazdan istifadə etməyə əsas vermir. Çünki, belə cihazların törətdiyi fəsadlar daha böyük olur.
Azəriqaz istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyir ki, yalnız istisna hallarda yaşayış binalarının zirzəmisində və birinci mərtəbəsində yerləşən obyektlər mavi yanacaqla təmin edilə bilər.
Həmin obyektlərdəki qaz cihazlarına nəzarətə gəlincə isə, Eldəniz Vəliyev qeyd edib ki, sayğacdan sonrakı proseslərin təftişi qurumun səlahiyyətində deyil.