Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bina evində yaşayanlar üçün vacib xəbər - Qadağan olunacaq - VİDEO

Bina evində yaşayanlar üçün vacib xəbər - Qadağan olunacaq - VİDEO

Tarix: 7 Aprel 2022 19:02

Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə, ətraf mühitin çirklənməsinə səbəb olur. Bunu Ekologiya və təbii sərvətlər nazirliyinin dövlət ekoloji ekspertiza agentliyinin sədri Mirsalam Qənbərov deyib. O qeyd edib ki, artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər. 

Mənzillərin istilik və isti su ehtiyacını təmin etmək üçün adətən kombidən istifadə olunur. Kombilərə tələbat daha çox payız və qış aylarında artır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, yaşayış binalarında fərdi istilik sistemlərindən istfadənin ətraf mühitin çirklənməsinə səbəb olduğunu bildirib. Agentliyin sədri Mirsalam Qənbərov xüsusən də yeni binalarda kombilərdən istifadənin problemə səbəb olduğunu vurğalıyıb.

Mirsalam Qənbərov onu da qeyd edib ki, yaşayış binalarında mərkəzi istixana sistemlərinin yaradılması ilə bağlı bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.

Qeyd edək ki, binaların bir qismində mərkəzləşdirilmiş istilik sistemi olsa da, bir qismi hələ də fərdi istilik sistemlərindən istifadə edir.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bina evində yaşayanlar üçün vacib xəbər Qadağan olunacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ