Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib

Tarix: 7 Aprel 2022 19:12

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sonxeber.net xəbər verir ki, Fərmana əsasən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı"na aşağıdakı məzmunda bənd əlavə edilib:

"Kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı "Toxumçuluq haqqında", "Çayçılıq haqqında", "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması".


Etiketlər:  Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ