Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqasında 1/4 final mərhələsi heç-heçə ilə başlayıb

Avropa Liqasında 1/4 final mərhələsi heç-heçə ilə başlayıb

Tarix: 7 Aprel 2022 23:34

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki,  açılış oyununda Almaniya "Leyptsiq"i İtaliya "Atalanta"sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17

Qeyd edək ki, gecənin digər oyunlarında İspaniya "Barselona"sı Almaniyada "Ayntraxt"ın, Fransa "Lion"u İngiltərədə "Vest Hem"in, Şotlandiya "Reyncers"i isə Portuqaliyada "Braqa"nın qonağı olacaq. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Avropa Liqasında final mərhələsi heç heçə ilə başlayıb


RƏYLƏR