Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xırdalanda avtobus problemi yaşanır - "5 kilometrlik yolu piyada getməyə məcbur oluruq" - VİDEO

Xırdalanda avtobus problemi yaşanır -

Tarix: 8 Aprel 2022 20:18

Abşeron rayonu, Xırdalan şəhərində yüzlərlə sakinin yaşadığı ərazidə yol, məktəb və digər infrastruktur var, ancaq marşrut xətti yoxdur. Sakinlər kilometrlərlə məsafəni piyada getmək məcburiyyətində qaldıqlarını deyirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xırdalan şəhərinin Rəşid Behbudov küçəsindən gedir.

Küçə Bakı-Quba yolundan başlamaqla Xırdalan şəhərinin içərisinə doğru 5 km uzanır. Sakinlər deyirlər ki, illər öncə burada 515 A nömrəli marşrut xətti olub.

Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də yerli bələdiyyəyə müraciət etsələr də, indiyə qədər problem həll olunmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Mirhəmid Bağırov isə "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən ərazinin yaxınlığından 4 marşrut xətti keçir və həmin ərazinin sakinləri bu marşrutların xidmətindən istifadə edirlər. Onun sözlərinə görə, hazırda marşrut xətləri şəbəkəsinin optimallaşdırılması üzrə işlər aparılır.

"Paralel, bir-birini təkrarlayan marşrut xətləri birləşdirilir, marşrut xətlərinin hərəkət sxemlərində dəyişikliklər edilir. Bu optimallaşdırma işləri çərçivəsində müraciətdə qeyd olunan ərazinin marşrut xətti ilə əlaqələndirilməsi məsələsinə də baxıla bilər",- deyə o bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Xırdalanda avtobus problemi yaşanır 5 kilometrlik yolu piyada getməyə məcbur oluruq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ