Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb

ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini  dayandırıb

Tarix: 9 Aprel 2022 08:28

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması, habelə Ukraynadakı vəziyyət fonunda Rusiyadan enerji idxalına qadağa qoyulması haqqında qanun layihələrini imzalayıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ administrasiyasının geniş yayılmış bəyanatına görə, söhbət Rusiya Federasiyasından enerji tədarükünü qanuni olaraq qadağan edən "Rusiya neftinin idxalının dayandırılması haqqında qanun"dan, eləcə də kommersiya sferasında məhdudiyyətlərin daha da sərtləşdirilməsinə yönəlmiş "Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması haqqında qanun"dan gedir.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası bu təşəbbüsləri dəstəkləmək üçün səs verib.


Etiketlər:  ABŞ Rusiya Belarusla normal ticarət əlaqələrini dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ