Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı taksilərinin kartla ödəniş dərdi: Səbəb nədir? - VİDEO

Bakı taksilərinin kartla ödəniş dərdi: Səbəb nədir? - VİDEO

Tarix: 9 Aprel 2022 14:06

Taksi xidməti göstərən şirkətlərinin sayı artdıqca, onlardan istifadə edənlər çoxalır. Qiymətlərin sərfəli olması sərnişinləri sevindirsə də, sürücüləri heç də qane etmir. Ancaq taksi sürücülərinin narazı qaldığı məqam təkcəbu deyil. Belə ki, onların bəziləri onlayn ödəniş olunduğu halda müştəridən sifarişi ləğv etməsini istəyir. Bunu da VÖEN və bank hesabı olmadan fəaliyyət göstərmələri ilə izah edirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlərə isə əksinə, onlayn ödəniş həm rahatdır, həm də ucuz başa gəlir.

Hüquqşünas Ərşad Hüseynov bildirir ki,əməkdaşlıq etdiyi şirkətlərlə problem yaşayan sürücülər adətən qanunsuz fəaliyyət göstərənlərdir. Bu da birbaşa sərnişinlərin rahatlığına mane olur.

Ərşad Hüseynov deyir ki, bu məsələdə qanunla fəaliyyət göstərən sürücülər heç bir problem yaşamırlar.


Etiketlər:  Bakı taksilərinin kartla ödəniş dərdi Səbəb nədir VİDEO


RƏYLƏR