Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü həbs edilib - FOTO

Narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü həbs edilib - FOTO

Tarix: 10 Aprel 2022 11:08

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları yoxlamalar zamanı rayon sakini Amil Muradovun idarə etdiyi "VAZ-2106" markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar. Onun hərəkətləri şübhə doğurduğundan müvafiq müayinədən keçirilib və müayinəyə əsasən onun narkotik vasitə qəbul etdiyi məlum olub.

A.Muradov barəsində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Milli.Az


Etiketlər:  Narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü həbs edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ