Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən sutka 3 nəfər xilas olunub - VİDEO

Ötən sutka 3 nəfər xilas olunub - VİDEO

Tarix: 10 Aprel 2022 11:44

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Milli.Az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub.

Milli.Az


Etiketlər:  Ötən sutka 3 nəfər xilas olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ