Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 13:52
Növbəti xəbərimiz Qubanın İkinci Nügədi kəndinin qaz problemi barədədir. Bu kəndin bir məhəlləsi uzun illərdir mavi yanacağa həsrətdir. "Azəriqaz"dan deyirlər ki, 60-dan çox evin olduğu bu məhəllənin sakinləri də, çox keçməz ki, sevinərlər.
Kənddə bütün məhəllələrdə qaz var, bircə bu küçədən başqa.
Bura Qubanın İkinci Nügədi kəndində 8-ci məhəllədir. Məhəllənin sakinləri uzun illərdir mavi yanacağa həsrət qaldıqlarını deyirlər. İllərlə "Azəriqaz"a müraciət etsələr də, bir xeyri olmayıb. 50 metr yaxınlıqdan keçən ana xətdən onların məhəlləsinə qaz xətti çəkilmir. Ona görə də sakinlər odundan istifadə etməyə məcburdurlar.
Meşədən odun almaq çətin olduğundan məhəllə sakinləri bəzən meyvə ağaclarını qırmalı olurlar.
Bəzi sakinlər öz hesablarına qaz xətti çəkərək problemi həll etmək istəyiblər. Ancaq onlara da sayğac verilməyib.
Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Xəzər Xəbər-ə bildirdi ki, məsələnin yaxın vaxtlarda həll olunması planlaşdırılır
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, indi sakinlər "Azəriqaz"ın vədini yerinə yetirəcəyi günü gözləyirlər.