Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah”ın çempionluq şansı tükəndi, “Qarabağ” avrokuboka vəsiqəni təmin etdi

“Sabah”ın çempionluq şansı tükəndi, “Qarabağ” avrokuboka vəsiqəni təmin etdi

Tarix: 10 Aprel 2022 21:10

2022/23 mövsümündə avrokuboklarda Azərbaycanı təmsil edəcək ilk komanda müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Qarabağ"ın növbəti mövsümdə də Avropa arenasında mübarizə aparacağı rəsmiləşib.

Ağdam təmsilçisi Premyer Liqanın XXII turunda "Sumqayıt"la oyunda buna nail olub. Səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri ilk "dördlük"dəki yerini təmin edib. Yeganə sual doğuran məqam "Qarabağ"ın ölkəmizi Çempionlar Liqasında, yoxsa Konfrans Liqasında təmsil edəcəyidir.

Bu, həm də "Səbail", "Sumqayıt" və "Şamaxı"dan sonra "Sabah"ın da çempionluq şansının tükəndiyi deməkdir. Sona 6 tur qalmış liderdən 20 xal geri qalan paytaxt təmsilçisi ən yaxşı halda mövsümü ikinci pillədə tamamlaya bilər.

Milli.Az


Etiketlər:  Sabahın çempionluq şansı tükəndi Qarabağ avrokuboka vəsiqəni təmin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ