Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 13:54
Vətəndaş sosial yardım üçün müraciət etsə də, ona imtina cavabı gəlib. Səbəb isə həmin şəxsin atasının təqaüdünün sistemdə görünməməsi olub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Azad Rüstəmov Yevlax şəhəri, Aydın Məmmədov küçəsində atası, həyat yoldaşı və 3 övladı ilə birgə yaşayır.
Onun atası, 67 yaşlı Möhübbət Rüstəmov 250 manat təqaüd alır, özü isə 350 manat maaşa çalışır. 6 nəfərlik ailənin dolanışığı çətin olduğundan, onlar sosial yardım üçün yenidən müraciət ediblər. Amma bu dəfə Rüstəmovlara imtina cavabı verilib.
Yevlax sakini Möhübbət Rüstəmov oğlu ilə birgə yaşayır. O, işləmək yaşında olmadığını və iki ilə yaxındır təqaüd aldığını deyir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Yevlax rayon sakini Rüstəmov Azad Möhübbət oğlunun ünvanlı dövlət sosial yardımla bağlı müraciətinə baxılıb. Hazırda ailə ünvanlı sosial yardımın təyin olunmasına namizəd statusundadır. Yaxın günlərdə ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi aparılacaq və ünvanlı sosial yardımın təyin olunub-olumaması ilə bağlı yekun qərar veriləcək. Qərarla bağlı vətəndaşın ərizə-bəyannamədə qeyd etdiyi əlaqə vasitəsinə məlumat göndəriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: