Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Əsədov Finlandiya və Litvanın statistika qurumlarının rəhbərləri ilə görüşdü

Əli Əsədov Finlandiya və Litvanın statistika qurumlarının rəhbərləri ilə görüşdü

Tarix: 11 Aprel 2022 19:42

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 11-də Finlandiya Respublikası Statistika İdarəsinin Baş direktoru Markus Sovala və Litva Respublikası Statistika Departamentinin Baş direktoru Yurate Petrauskiene ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycanda statistika sahəsində islahatların aparıldığı, milli statistika sisteminin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi vurğulandı.

Bakıda keçirilən "Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək" tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfransın əhəmiyyəti vurğulandı.

Layihə çərçivəsində ölkəmizdə biznes statistikası sahəsinin müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, o cümlədən kiçik və orta biznes üzrə statistik məlumatlarla işləyən yerli mütəxəssislərin potensialının artırılması ilə bağlı müzakirələr aparıldı.

Milli.Az


Etiketlər:  Əli Əsədov Finlandiya Litvanın statistika qurumlarının rəhbərləri ilə görüşdü


RƏYLƏR