Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 16:36
“Apple” şirkətinin rəsmisi yeni smartfonların təqdimatında bildirib ki, yeni “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” aparatları 1 Qbit-lik daha sürətli LTE modemlə təchiz edilib. “SpeedSmart” internet sürətinin yoxlanması xidmətinin nümayəndəsi iddia edir ki, yeni smartfonların internetə qoşulma sürəti haqqında məlumatlıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Speedsmart.net” xidmətinin məlumatına əsasən, “iPhone 11 Pro” və “11 Pro Max” smartfonlarına quraşdırılmış modemləri “iPhone XS” ilə müqayisədə 13% daha sürətlidir. ABŞ-ın “4G” şəbəkələrində “iPhone 11 Pro” smartfonu 49 Mbit/s-dək yükləmə sürəti nümayiş etdirib. Müqayisə üçün, ötənilki qabaqcıl smartfonda bu göstərici 42 Mbit/s-dək olub.
Emil Hüseynov