Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 15:18
Masallı rayonunda 7 il əvvəl itkin düşmüş Səidə Cəfərovanın qətlə yetirildiyi məlum olub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Masallı rayonunun Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Cəfərova 2015-ci ilin iyul ayında itkin düşüb. Ötən illər ərzində Səidə Cəfərovanın valideyinləri onun itkin düşməsi barədə hüquq- mühafizə orqanlarına, eləcə də media qurumlarına məlumat veriblər.
Ötən gün isə onun öldürüldüyü məlum olub. Naməlum şəraitdə baş vermiş hadisədən təxminən 7 il sonra cinayəti qızın əmisi oğlu, eyni kənddə yaşayan 29 yaşlı Əfrayıl Cəfərovun törətməsindən şübhələniblər.
Masallı Rayon Prokurorluğundan bildirilib ki, bir ilə yaxın aparılan araşdırmalardan sonra itkin düşmə faktı ilə bağlı istintaq intensivləşdirilib. Əldə edilmiş məlumatlar, həmçinin iddialar araşdırılaraq təsdiqini tapıb və Səidə Cəfərovanı 7 il əvvəl əmisi oğlu Əfrayıl Cəfərovun öldürərək çay kənarında basdırdığı müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: