Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 07:36
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
2-ci oyun günündə 2 görüş keçirilib.
İlk matçda 3:1 hesablı qələbə qazanan "Liverpul" "Benfika" ilə bu dəfə İngiltərədə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Liverpul" mərhələni adlayıb.
"Mançester Siti" isə ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə səfərdə üz-üzə gəlib. Oyunda qol olmayıb və "şəhərlilər" yarımfinala yüksəlib.
Beləliklə, yarımfinalda "Liverpul" "Vilyarreal"la, "Mançester Siti" isə "Real" ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
13 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3
Qol: Konate, 21. Firmino, 55: 65 - Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1
23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun - 0:1
12 aprel
23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3
(ilk oyun - 3:1)
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1 (İlk görüş - 0:1)