Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobil vuran şəxsin ayağı kəsildi

Bakıda avtomobil vuran şəxsin ayağı kəsildi

Tarix: 14 Aprel 2022 08:08

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Sabunçu rayon sakini 1956-ci il təvəllüdlü Qocayev Rüstəm İsa oğlu magistral şossenin piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən qəzaya düşüb.

Avtomobil vurması nəticəsində ağır xəsarət alan şəxsi elə hadisəni törədən sürücü xəstəxanaya çatdırıb.

Ona sağ baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Həkimlərin verdiyi məlumata görə, yaralının ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparır.

Milli.Az


Etiketlər:  Bakıda avtomobil vuran şəxsin ayağı kəsildi


RƏYLƏR